c718fd1c-905f-437a-b0fc-6d59cdf09ef9..jpg

Bakıda köməksiz vəziyyətdə qalan 80 yaşlı qadın xilas edilib – VİDEO

Baxış sayı: 444 dəfə baxılıb.

Bakıda köməksiz vəziyyətdə qalan 80 yaşlı qadın xilas edilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Suraxanı rayonunda bir nəfərin evdə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.

Cixisyolu.com xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə doqquzmərtəbəli
yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin qapısını pəncərədən
daxil olaraq açıblar. Mənzilə baxış zamanı halsız olması səbəbi ilə köməksiz
vəziyyətdə qalması müəyyən edilən 1944-cü il təvəllüdlü qadın xilas edilərək
hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

Source link