489a0651-0a08-4e18-9869-ac35bc5658e3..jpg

Bakıda kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Baxış sayı: 585 dəfə baxılıb.

Bakıda kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs
saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 9-na keçən gecə Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13
000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə
polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən
olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link