Bakıda konfrans: Yol təhlükəsizliyi təkcə polisin işi deyil, uşaq yaşlarından öyrədilməlidir

Bakıda konfrans: Yol təhlükəsizliyi təkcə polisin işi deyil, uşaq yaşlarından öyrədilməlidir

Baxış sayı: 2. 703 dəfə baxılıb.

“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) ADA Universitetində müzakirəli konfrans keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycanda yol hərəkəti mədəniyyətinin formalaşması məqsədilə təşkil olunan konfransda şüurları, yanaşmaları dəyişərək inkişafa nail olmaq, bunun üçün bağçadan başlamaq lazım olduğu bildirilib.

AMAK Prezidenti Vüsal Rəcəbli konfransın maarifləndirmə məqsədli olmasına diqqət çəkib: 

“Həyatların yollarda itirilməsi XXI əsrin epidemiyasına çevrilib. Hər il 1,3 milyon insan yollarda ölür, Azərbaycanda da bu problem gündən-günə artır.

Bakıda konfrans: Yol təhlükəsizliyi təkcə polisin işi deyil, uşaq yaşlarından öyrədilməlidir

Gənclərimizə, uşaqlarımıza bəzi məsələləri balaca yaşlardan öyrətməliyik, yol təhlükəsizliyi də bu mövzulardan biridir. Məlumatlı olmaq yol mədəniyyətinin formalaşmasına gətirib çıxaracaq.

Bu gün inkişaf etmiş ölkələrin digərlərindən əsas fərqi ondan ibarətdir ki, əhali – yol istifadəçiləri kifayət qədər məlumatlıdırlar. Təşkilatımız da bu məqsədi qarşısına qoyub.

Yol təhlükəsizliyi təkcə polisə, yaxud nəqliyyatla məşğul olan qurumlara aid mövzu deyil. Bu, vətəndaşların yol mədəniyyətidir”.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələnin şüurda olduğunu hesab edir:

“Problemlər dünən, srağagün başlamayıb. Uşaqlıqdan bəri formalaşan problemlərdir. Dünya ölkələrindəki nizam-intizama baxırıq, amma bizim xalqın milli-mənəvi dəyərlər sistemi onlardan üstündür. Sadəcə, hər şey kökdən asılıdır.

Bakıda konfrans: Yol təhlükəsizliyi təkcə polisin işi deyil, uşaq yaşlarından öyrədilməlidir

Hədəf başlamaqdır. Dekabrın 27-də ölkə başçısı “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” imzalayıb. Bu günə kimi bu istiqamətdə kifayət qədər iş görülsə də, sərəncamı görəndə çox sevindim.

Hər şey paytaxtda köklənib. Müasir Azərbaycanı quranlar təkcə paytaxtdakılar olmayıb ki… Ucqar dağ kəndində yaşayan uşaq da yol təhlükəsizliyinin qurbanına çevrilə bilər. O da sabah ADA-nın tələbəsi ola bilər. Paytaxta gələndə qaydaları bilməlidir, niyə bilməsin?”, – deyə o bildirib.

Nəzrin Həsənova