e84feb12-3c7e-45d3-825c-36a65817d638..jpg

Bakıda körpəyə səhv qan qrupu təyin edilib? – FOTO

Baxış sayı: 792 dəfə baxılıb.

Bakıda körpəyə səhv qan qrupu təyin edilib? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yenidoğulmuşa səhv qan qrupu təyin edilib.

Bu barədə “Qafqazinfo”ya körpənin valideynləri məlumat veriblər.

Ata Rəhman Abbaszadə deyir ki, yanlışlıq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutunda qeydə alınıb.

Belə ki, 2022-ci ilin iyul ayının 31-də dünyaya gələn körpəyə müsbət rüzuslu I
qan qrupu təyin olunsa da, sonradan bunun doğru olmadığı ortaya çıxıb.
Valideynlər iddia edirlər ki, övladlarının müsbət rüzuslu III qan qrupuna aid
olduğu sonradan müəyyənləşib. Qan qrupunun yanlış təyin olunduğu isə “ASAN
xidmət”ə vəsiqə almaq üçün getdiklərində məlum olub.

Atanın sözlərinə görə, xəstəxanaya irad bildirsələr də, biganə yanaşılıb:
“ASAN xidmət”də 2 dəfə analiz verildi və məlum oldu ki, səhvlik xəstəxanaya
aiddir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu isə bizə laboratoriyada
analizlərin qarışıq düşdüyünü çox rahat şəkildə bildirib. Həkim Cahan
İslamovaya normal doğuş üçün 400 AZN ödəniş etmişik, lakin indi boynuna almır
və problem həll edilmir”.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna sorğu
göndərdik. 6 nömrəli doğum evi uşağa O (I) RH + qan qrupunun təyin olunduğunu
təsdiqləsə də, iddianı tam əsaslı saymayıb:

“Qeyd olunan tarixdən 1 il 7 ay müddət keçdiyinə görə, uşağın qan nümunəsi
laboratoriyada mövcud deyil. İddianın əsaslı və əsassız olduğu haqqında hər
hansı fikir səsləndirmək qeyri-mümkündür”.

Source link