Bakıda körpü çöküb? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki küçənin kəşisməsində
aparılan təmir işləri barədə daha bir açıqlama yayıb.
Qurumdan verilən məlumata görə, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda
– Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən
yolötürücüsündə, daha dəqiqi “20 Yanvar” dairəsindən Koroğlu metrosu
istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki
yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra
olunur:
“Sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən
hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sosial
şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir
işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən
məlumatlara etimad etsinlər”.
Qeyd edək ki, bir neçə gün əvvəl agentlik həmin ərazidə aparılacaq təmir
işləri ilə əlaqədar sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat
17:00-dək nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədəməlumat