ee0808ca-4104-4dac-849e-a086c0fef34a.jpg

Bakıda körpü tikintisi zamanı usta öldü

Baxış sayı: 326 dəfə baxılıb.

Bakıda körpü tikintisi zamanı usta ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Pirşağı
qəsəbəsində baş verib.

Körpü tikintisi zamanı 54 yaşlı Yaşar Əli oğlu Qasımovun üzərinə beton panel
aşıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ərazidə Böyükşor-Pirşağı yolu çəkilir. Sözügedən körpü də həmin
layihə çərçivəsində inşa olunur.

Source link