9bbb93bd-bdc1-4461-9309-15611c9dd46e..jpg

Bakıda küçədən keçən şəxsləri döyənlərə cəza verildi

Baxış sayı: 762 dəfə baxılıb.

Bakıda küçədən keçən şəxsləri döyənlərə cəza verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və
xuliqanlıqda təqsirləndirilən Vəli Səfərovun (şərti) xuliqanlıqda ittiham
olunan Zəfər Məmmədov və Kamil Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vəli Səfərova 7 il 2 ay, Zəfər Məmmədova 1 il 7 ay 26 gün
və Kamil Əsədova isə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması
(elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli
qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında qeydə alınıb.

Belə ki, Vəli Səfərov orada gəzərkən həmin ərazidən keçən, əvvəllər
tanımadıqları zərərçəkmiş şəxslər – Katib Dadaşov (şərti) və Babək Kərimovun
(şərti) öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib.
O, bunu cüzi olaraq bəhanə edib zərərçəkmişlərin söhbətlərinə müdaxilə edib. Bu
zaman həmin şəxslərin arasında mübahisə düşüb. Həmin vaxt əraziyə Zəfərlə Kamil
də gəlib. Mübahisə nəticəsində onlar Katiblə Babəki yumruq və təpik zərbələri
ilə döyüblər.

Hadisədən sonra təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Source link