568ed3ad-2d1e-4082-b8e2-d60e64b1a01e..jpg

Bakıda külək elektrik stansiyası tikiləcək

Baxış sayı: 805 dəfə baxılıb.

Bakıda külək elektrik stansiyası tikiləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati
ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa
olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar
imzalayıb.

Qərara əsasən, bundan sonra Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad
qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati
ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu
Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla,
ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar
torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi
məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya
şöbəsinə həvalə edilib.

Source link