6c339019-ce33-4076-a9b3-76450c7ee7ed..jpg

Bakıda külək güclənəcək, əksər rayonlara qar yağacaq – XƏBƏRDARLIQ

Baxış sayı: 594 dəfə baxılıb.

Bakıda külək güclənəcək, əksər rayonlara qar yağacaq – XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında yanvarın 4-5-i gündüz saatlarında cənub-qərb
küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s, 6-da gecə və səhər isə
şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir
23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında yanvarın 5-i əsasən qərb rayonlarında, 6-da isə gecə
və səhər əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi
Zəngəzur, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Yanvarın 4-ü axşam, 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s,
arabir 23-28 m/s, bəzi yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Source link