20e89af5-8775-4eb5-898d-e1e8caf4171e..jpg

Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağıb – FAKTİKİ HAVA

Baxış sayı: 548 dəfə baxılıb.

Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağıb – FAKTİKİ HAVA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti
oktyabrın 20-i səhər saatlarına qədər davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-u saat 17:00-a olan hava proqnozuna əsasən ölkə
ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Mərkəzi Aran və Balakən, Şəki
bölgələrində arabir yağış yağıb.

Şimal-qərb küləyi bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında 18
m/san-dək güclənib.

Oktyabrın 20-si gündüz və oktyabrın 21-də havanın sabit, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Source link