Son günlər Bakıda havaların qeyri-sabit keçməsi və külək səbəbindən paytaxtın
bir sıra küçələrində ağaclar aşıb.
Cixisyolu.com bildirir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.
Qeyd olunub ki, Xətai rayonu, Mehmandarov küçəsi, 68 ünvanında, 263 saylı
məktəbin yanında və metronun “Xalqlar Dostluğu” stansiyası tərəfdə, 175 saylı
uşaq bağçasının yaxınlığında da ağaclar aşıb:
“Ötən gündən aşan ağaclar yolu tamamilə bağlayıb. Həm maşınların, həm
piyadaların hərəkətində problem yaranıb”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Cixisyolu.com-ın sorğusuna cavab
olaraq bildirilib ki, artıq problem həll olunub:
“Məlumat daxil olan kimi Bakı şəhər İcra Hakimiyyətinin operativ qrupları
ərazilərə cəlb olunublar və hazırda yaranan problem aradan qaldırılıb”.
Əzizə İsmayılova