58ef6241-f339-4e8f-beea-db694047a33d..jpg

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 661 dəfə baxılıb.

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanıldı – YENİLƏNİB

Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun
kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən
cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov
saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.

00:49

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası
ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri
ilə cərrahi əməliyyat edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Source link