f08a8f8e-1a1a-4a5c-a8ec-2eac688cafa4..jpg

Bakıda kütləvi talama əməllərində şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 769 dəfə baxılıb.

Bakıda kütləvi talama əməllərində şübhəli bilinən şəxs saxlanılıb – VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədi
ilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif
Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, o, elan saytlarında satışa qoyulan
mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16
rəqəmini əldə edərək, sms vasitəsi ilə təsdiqləyici kodu alaraq kartda olan
vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına
müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən
istifadə edib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət
etmələri tövsiyə olunub.

Araşdırmalar davam etdirilir.


Source link