Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.
Cixisyolu.com-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu
küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər.
Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə
zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası
diaqnozu qoyulub.
Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.
Hadisənin təfərrüatı araşdırılır.