Bakıda “Lexus” sürücüsünü “cəzalandırdılar” - VİDEO

Bakıda “Lexus” sürücüsünü “cəzalandırdılar” – VİDEO

Baxış sayı: 2. 548 dəfə baxılıb.

Paytaxtın 9-cu mikrorayonunda maraqlı yol hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, “Lexus” markalı avtomobilin sürücüsü svetoforda dayanan maşınları keçmək üçün yol hərəkatı qaydalarını pozaraq qarşı zolağa çıxıb.

Bu zaman “cip”in qarşısına “Mersedes” markalı taksi keçib. “Lexus”un sürücüsü “maneə”ni keçmək istəsə də, ona yol verməyiblər.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

www.ÇıxışYolu.Com