f8f26617-c5f2-40eb-b949-abc125e5de20..jpg

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib – FOTO

Baxış sayı: 781 dəfə baxılıb.

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin
istifadəsinə verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun
vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a.
15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı
çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin
istifadəsinə verilib.

Cixisyolu.com xəbər verir ki, aprelin 16-da baş tutan açılış mərasimində iştirak edən
Leyla Əliyeva tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında
iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində
həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı
istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam
şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud
insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların
inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının
səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni
örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar
üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə beş
söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.
Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları
quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam
örtüyü, elektrik xətləri yenilənib.

Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ
1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq
zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın
çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan
bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət”
layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq
sakinlərin istifadəsinə verilib.

Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması
və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və
müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA”
İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına ([email protected]
) göndərməyiniz xahiş
olunur.

Source link