22a29177-7bf5-41a7-ae4e-d7c1bd7ea9a2.jpg

Bakıda məktəbdə meyiti tapılan gözətçinin ölüm səbəbi bilindi

Baxış sayı: 265 dəfə baxılıb.

Bakıda məktəbin həyətində meyiti tapılan gözətçinin ölüm səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, 62 yaşlı gözətçi ürək xəstəsi olub.

Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal
Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.

12:36

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov
küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun
üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində
tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link