Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı tam orta məktəblərdən birində qeydə alınmış məsələ ilə bağlı məlumat yayıb.
İdarədən ÇıxışYolu.Com-a daxil olan məlumata görə, şagirdlər arasında müvafiq profilaktik işlər görülüb, məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və pedaqoji heyətin fəaliyyətinin müvafiq tələblərə tam uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Məktəbin bir şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ona aid olduğu güman edilən açıq-saçıq fotoşəkillərinin yayılmasını nəzərə alaraq, idarəyə təqdim olunan fotoşəkil və materiallar araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
BŞTİ-nin əməkdaşları, məktəb psixoloqu və müəllimlər də məsələ ilə bağlı cəlb olunub.
Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.
15:07
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib.
C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Məktəbin direktoru Leyla Fətiyeva bu mövzuda danışmaq istəməyib.