63883c0d-979e-4422-be4c-a2f20108caf8..jpg

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma İDDİASI: DİN hərəkətə keçdi – YENİLƏNİB + FOTO

Baxış sayı: 625 dəfə baxılıb.

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma İDDİASI: DİN hərəkətə keçdi –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif
yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə
məlumat daxil olub.

Bu barədə Cixisyolu.com-a məlumat verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətinin əməkdaşıNurlan Əliyev bildirib ki, məktəblinin xəsarət alması ilə
əlaqədar onun valideyni ilə birlikdə təhqiqat təmin edilib, zəruri istintaq
hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

08:50

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata
aydınlıq gətirilib.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2023-cü il
tarixində 7-ci sinifdə təhsil alan iki şagird arasında tənəffüs vaxtı mübahisə
yaranıb.

“Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin
qarın nahiyəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə
edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi
bir xəsarət aşkar olunmayıb.

Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan
izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında
qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini
bildiriblər”, – deyə qeyd edilib.

Source link