3f8f383f-2f91-4c2d-b9a5-b0e9cf9bbd23.jpg

Bakıda məktəbin 12 gündür uçan hasarı hələ də təmir edilməyib – Qurum məsələyə aydınlıq gətirdi

Baxış sayı: 133 dəfə baxılıb.

Bakı şəhərində yağan intensiv yağışlar səbəbindən Xətai rayonunda yerləşən 269
nömrəli tam orta məktəbin uçmuş hasarı hələ də təmir edilməyib.

Cixisyolu.com xəbər verir ki, bu barədə məlumat sosial mediada yayılıb.

Qeyd olunub ki, sözügedən hadisədən 12 gün keçməsinə baxmayaraq, hələ də
bərpası istiqamətində işlər görülməyib:

“Hasar oktyabrın 21-də axşamdan başlayan leysan ərəfəsində dağılıb. Lakin
hadisədən 12 gün keçsə də, hasarın yenidən qurulması üçün iş görülməyib.
Hasarın dağılan hissəsi demək olar, məktəbin əsas girişi ilə üzbəüzdür və
uşaqlar bura tez-tez yaxınlaşır. Bundan başqa, hasarın digər hissəsinin də
aşmaq təhlükəsi var”.

Həmçinin məlumatda bildirilib ki, bu hal beş il əvvəl avqust ayında da güclü
yağıntı zamanı da baş verib.

Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ
ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətdə saxlanılır,
yaxın günlərdə bərpasına başlanacaq.

Qeyd edək ki, ötən gün sözügedən hadisə barədə Bakı şəhəri üzrə Təhsil
İdarəsindən sorğumuza cavab olaraq vurğulanmışdı ki, 19-22 oktyabr tarixlərində
yağan intensiv yağışlar səbəbindən təhsil müəssisələrində yaranmış fəsadların
aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

Sözügedən məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yenidən sorğu
ünvanlanıb.

Xatırladaq ki, sözügedən yağışlar nəticəsində Mərdəkan qəsəbəsində yerləşən
123 saylı orta məktəbin

həyətyanı ərazisini əhatə edən hasarın da bir hissəsi uçmuş, tədris prosesi
müvəqqəti dayandırılmışdı.

Aygün Mirakif

Source link