d5bd65b2-ffb4-4253-b091-5602310c74b9..jpg

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub – VİDEO

Baxış sayı: 461 dəfə baxılıb.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami
rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri
çağırış üzrə hər iki ünvana cəlb olunublar.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək Nərimanov rayonu
ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən
mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalan
2022-ci il təvəllüdlü azyaşlı xilas edilərək valideynlərinə təhvil verilib.

Həmçinin, Nizami rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının
yeddinci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə
edərək eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında aşkar
edilən 2000-ci il təvəllüdlü yeniyetmə yaxınlarına təhvil verilib.


Source link