Bakıda mənzildə meyit tapıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Xətai rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq
xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə
təhvil verilib.