e7f76b46-1985-4e10-89b9-0097e4500f49..jpg

Bakıda mənzildən 15 min manatlıq qızıl və xeyli pul oğurlanıb

Baxış sayı: 577 dəfə baxılıb.

Bakıda mənzildən 15 min manatlıq qızıl və xeyli pul oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu ərazisində
mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15 000 manat dəyərində
qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini,
əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link