685bb8ab-e038-40c0-a80e-00a6b6f75fd2..jpg

Bakıda mənzildən 23 min manat pul oğurlanıb

Baxış sayı: 962 dəfə baxılıb.

Bakıda mənzildən 23 min manat pul oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzildən 23 min manat pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 000
manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər
sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link