5870e3c6-15d1-4265-88e5-33872eac3d32..jpg

Bakıda mənzildən 4 kişi meyitinin tapılması ilə bağlı araşdırma aparılır – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 103 dəfə baxılıb.

Bakıda mənzildən 4 kişi meyitinin tapılması ilə bağlı araşdırma aparılır –
YENİLƏNİB + FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonu ərazisində 4 nəfər şəxsin ölməsi faktı ilə bağlı
rayon prokurorluğunda araşdırma aparılır.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən
bildirilib.

13:29

Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərlənməsi
ilə bağlı bəzi detallar məlum olub.

Cixisyolu.com-ın məlumatına görə, hadisə baş verən ərazidə yaşayan sakin Əsgər
İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər mənzilə 10
gündür kirayəçi kimi köçüblər:

“Onlardan birini tanıyırdım. Ev sahibinə anası ilə kirayə qalacağını və Yeni
il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. Bu gün ev
sahibi kirayə müqaviləsinə görə mənzilə gəlib və evin qapısının arxadan bağlı
olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb. Daha sonra ev sahibi
polisə məlumat verib”.

Sakin qeyd edib ki, meyitlər tanınmaz halda olublar:

“2022-ci ilin dekabrın 31-də hadisənin olduğu deyilir”.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil
veriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Daha çox şəkil burada: Photostock.az

12:53

Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərləndiyi
ehtimal edilir.

Cixisyolu.com-ın məlumatına görə, meyitlər bu gün aşkarlansalar da, bir neçə gün
bağlı qapılar arxasında qalıblar.

Həmin şəxslərin meyitini kirayə qaldıqları evin sahibi aşkarlayıb.

Ölənlərin kimliyi məlum deyil.

Həyətdə yaşayan sakinlər bildiriblər ki, onlar yaxınlıqda bazarda işləyən
şəxslərdir.

12:46

Baku TV-nin çəkiliş qrupu paytaxtın Nərimanov rayonunda dörd nəfərin meyitinin
aşkarlandığı əraziyə yollanıb.

Canlı yayımı təqdim edirik:

12:08

Bakıda mənzildən dörd nəfərin meyiti aşkarlanıb.

Cixisyolu.com-ın məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən
birində baş verib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin şəxslər evdə kirayə qalırmışlar.

İlhamə Əbülfət


Source link