Bakıda mənzildən 7 min manat və 6 min ABŞ dolları oğrlanıb.
Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, DİN əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7 min manat və 6 min ABŞ dolları, habelə qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanov saxlanılıb.