c77e9dbd-5b8a-4471-a41d-22dec1e2dc4f..jpg

Bakıda mərkəzi yollardan biri beş gün bağlı olacaq – RƏSMİ

Baxış sayı: 475 dəfə baxılıb.

Bakıda mərkəzi yollardan biri beş gün bağlı olacaq – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah saat 08:00-dan dekabrın 19-u saat 22:00-a qədər Bakının Xətai rayonunun
8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısında, Heydər Əliyev
Beynəlxalq Aeroportu istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar
işlərin aparıldığı zolaqlar üzrə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat
vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən
diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə
quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat
vasitələrini idarə etmələri xahiş olunur.

Source link