50a55a90-3322-40e7-8a2a-e04ebe703809.jpg

Bakıda məşhur hospital hüquq-mühafizə orqanları tərəfindən TƏFTİŞ EDİLİR

Baxış sayı: 181 dəfə baxılıb.

Bakı şəhərində yerləşən “General Hospital” klinikasında yoxlamalar aparılıb.

“Unikal”ın məlumatına görə, klinikada bəzi nöqsanlar aşkarlanıb.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma
aparılır.

Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyinin Analitik
Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, “General Hospital” barəsində daxil
olan rəsmi müraciətə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq AEM tərəfindən plandankənar
(növbədənkənar) yoxlama keçirilib və yoxlama materialları aidiyyəti üzrə
növbəti icraata göndərilib.

“General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılov yoxlamaların
hazırda da davam etdiyini bildirib:

“Vətəndaşa verdiyimiz bülletenlə bağlı yoxlama aparıldı. İndi də klinikada
yoxlama var.

“Həmin işlə bağlı hazırda Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Getdik, prokurorluqda məsələ ilə bağlı məlumat verdik. İş yekunlaşdıqdan sonra
məhkəməyə göndərəcəklər”, – deyə o qeyd edib.

Source link