b5a15ea2-1b57-4347-bfe7-4dd1e72d1851..jpg

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 615 dəfə baxılıb.

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Şaurma 1” restoranında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində
yerləşən “Şaurma 1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Şaurma 1” restoranına
məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

11:44

Bakıda məşhur restoranlardan birində yanğın başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən
(NİİM) verilən məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən
restoranlardan birində baş verən yanğın səbəbindən Mətbuat prospekti
istiqamətində yolda sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları
tərəfindən tədbirlər görülür.


Source link