66b9eec0-9fde-4d86-84a3-7bccc6a5aee5..jpg

Bakıda məşhur taksi sürücüsü həbs edilib – FOTO

Baxış sayı: 576 dəfə baxılıb.

Bakıda məşhur taksi sürücüsü həbs edilib – FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu
ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı)
sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar.

“Bizim.media” xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri
edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama
məntəqəsinə aparılıb.

S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının
qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib. Hadisə yerinə
gələn Post Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin
23-cü bölməsinə aparıblar. Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə,
sürücü barəsində inzibati protokol tərtib edilib.

Qeyd edək ki, S.Qocayev “TikTok” sosial şəbəkə platformasında çəkdiyi videolar
ilə məşhurlaşıb.

Source link