b912785d-a6e0-488d-aa2c-dfccca06ae66..jpg

Bakıda məşhur ticarət mərkəzindən bir kiloqramdan çox qızıl oğurlayan qadına HÖKM OXUNDU

Baxış sayı: 654 dəfə baxılıb.

Bakıda məşhur ticarət mərkəzindən bir kiloqramdan çox qızıl oğurlayan qadına
HÖKM OXUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəaliyyət göstərən məşhur “Laçın” ticarət mərkəzindən külli miqdarda
qızıl oğurlamış qadının məhkəməsi keçirilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Gülnarə
Rəhimova Qara Qarayev prospekti 105 ünvanında yerləşən mərkəzdə baş vermiş
oğurluqla bağlı məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin
177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.

Qızıl-zinət əşyaları mağazasının sahibi bildirib ki, Gülnarə onların daimi
müştərisi olub. O, hər dəfə ora gələndə qızıl əşyalardan birini gizli şəkildə
götürərək özü ilə aparıb və bunlar kameraya düşüb. Mağazadan ümumilikdə 1
kiloqram 200 qram çəkidə və dəyəri 100 min manata yaxın olan qızıl əşyalar
oğurlanıb.

Barəsində cinayət işi açıldıqdan sonra Gülnarə qarşı tərəfə 3500 manat
qaytarıb. Həmçinin bildirilib ki, o, oğurluq hadisələrindən sonra özünə ev alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə oğurluqda təqsirləndirilən
qadın 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona
elektron qolbaq taxılıb və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.

Source link