3b96c1b2-2d01-4624-9d24-b0991ffcc721..jpg

Bakıda mağazada qətl hadisəsi olub

Baxış sayı: 526 dəfə baxılıb.

Bakıda mağazada qətl hadisəsi olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metro
stansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan
Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun
aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli
şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Source link