eae770d9-42a4-4967-bf30-75030ec95247..jpg

Bakıda mağazadan oğurluğa cəhd edən üç nəfər tutulub

Baxış sayı: 816 dəfə baxılıb.

Bakıda mağazadan oğurluğa cəhd edən üç nəfər tutulub

Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən
oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün
məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından
oğurluğa cəhd göstərilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə
şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal
Hüseynli, Əmirxan Abdiyev və Abdulla Ələsgərli müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link