cf75a1a8-7fc2-4e94-a222-afcd405445db..jpg

Bakıda mağazalara qənim kəsilənlər tutuldular – FOTO/VİDEO

Baxış sayı: 1. 023 dəfə baxılıb.

Bakıda mağazalara qənim kəsilənlər tutuldular – FOTO/VİDEO

Nizami rayonu Keşlə qəsəbəsində yerləşən marketlərdən silsilə oğurluq edilib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, naməlum şəxslər obyektlərə
daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc
yerindən bir ədəd dəyəri 900 manat olan fotoaparat oğurlayıblar.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Alıbəy
Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər
saxlanılıb. Bu şəxslərin mağazalardan oğurluqlar etməsi təhlükəsizlik
kameraları vasitəsi ilə anbaan lentə alınıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri digər əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Alıyev saxlanılıb. Bu şəxsdən
narkotik vasitə heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri
Peyman adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən həmin şəxs
– Peyman Əliyev də saxlanılıb. Onun üzərindən isə 1 kiloqrama yaxın heroin və
marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Source link