05437a5a-daf5-4831-85e2-c9a042a538d9..jpg

Bakıda marketdən 20 min manatlıq ərzaq oğurlanıb

Baxış sayı: 785 dəfə baxılıb.

Bakıda marketdən 20 min manatlıq ərzaq oğurlanıb

Bakıda marketdən 20 min manatlıq ərzaq oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2022-ci ilin
noyabr ayından cari il aprelin 15-dək olan müddətdə 20 000 manat dəyərində
ərzaq mallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri
nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin mağazada satıcı işləyən
Abşeron rayon sakini Zahir Allahyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link