a67c1ca3-a763-4666-8431-c9c0264fc270..jpg

Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb – FOTO/VİDEO

Baxış sayı: 383 dəfə baxılıb.

Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif
vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat
daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən Cixisyolu.com-a bildirilib.

Vurğulanıb ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini
əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş
Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı
araşdırılır.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa,
polis orqanlarına müraciət edə bilərlər.


Source link