99159494-410f-419e-851f-8053b5c72438..jpg

Bakıda maşında külli miqdarda narkotik aşkarlandı, keçmiş məhkum tutuldu

Baxış sayı: 616 dəfə baxılıb.

Bakıda maşında külli miqdarda narkotik aşkarlandı, keçmiş məhkum tutuldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə
Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum
olunmuş Orxan Məmmədov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları
tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə
oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon
həbi aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı
metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.

Source link