82eaceff-8b89-4def-9bb4-99d4c175130f..jpg

Bakıda maşınla qadını vuraraq qaçan sərxoş sürücüyə AĞIR CƏZA

Baxış sayı: 653 dəfə baxılıb.

Bakıda maşınla qadını vuraraq qaçan sərxoş sürücüyə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə
təqsirləndirilən Əli Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 29 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində
paytaxt ərazisində yerləşən “Lal və Karlar” yataqxanasının qarşısında qeydə
alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əli Əkbərov sərxoş halda idarə etdiyi,
tanışına məxsus “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olan
zaman piyada, zərərçəkmiş Mələk Qafarovanı (şərti) vurub. Zərərçəkmiş qadın 19
fevral 2023-cü il tarixdə, saat 00:00-da müalicə olunduğu 3 saylı Şəhər Kliniki
Xəstəxanasında ölüb. Hadisədən sonra Əli Əkbərov ərazidən qaçıb. Daha sonra o,
polis əməkdaşları tərəfindən saxlanılıb.

Source link