Bakıda maşınları əzərək qaçmaq istəyən sürücü həbs olundu – YENİLƏNİB + ANBAAN
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox
avtomobilə ziyan vuran sürücü həbs edilib.
Cixisyolu.com xəbər verir ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən
yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət
qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də
o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat
axınınına əks istiqamətdə hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq
digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə
ziyan vuran sürücü Zülfüqarov Orxan Şahlar oğlu saxlanılıb və onun tibbi
müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə
qəbul etməsi də müəyyən edilib.
Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış
keçirilib və ümumi çəkisi 2,680 qram narkotik vasitə olan metamfetamin aşkar
edilərək götürülüb.
Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə
məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli
cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda
başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
10:36
Bakıda DYP-nin “saxla” əmrinə tabe olmayan sürücü polis əməkdaşları tərəfindən
yaxalanıb.
Baku.ws xəbər verir ki, insident “20 Yanvar” dairəsi yaxınlığında qeydə alınıb.
Bir neçə avtomobilə ziyan vurduqdan sonra qaçmaq istəyən sürücünü polis
əməkdaşları saxlamağa müvəffəq olublar.
Həmin görüntüləri təqdim edirik: