447217d5-9543-4720-b361-d55fd3e89a33..jpg

Bakıda metrostansiyaların sayı ARTIRILACAQ

Baxış sayı: 695 dəfə baxılıb.

Bakıda metrostansiyaların sayı ARTIRILACAQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

“Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair
Baş planında əksini tapıb.

Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat
sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx
məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat
əlaqəsini təmin edəcək.

“28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı
olaraq qalacaq.

2027-ci ilədək “28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı
xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun
yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən
73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Source link