11d1fc0b-eb90-4978-8f29-3461e9c2cd3b..jpg

Bakıda minik avtomobilləri toqquşdu: Ölən var

Baxış sayı: 1. 002 dəfə baxılıb.

Bakıda minik avtomobilləri toqquşdu: Ölən var

Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq
xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Kia”
markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış
vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti zədələnmiş
nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Source link