c9665e33-7ec4-45f6-aae2-a8d109ba287a..jpg

Bakıda minlərlə manatlıq oğurluq edən şəxs saxlanıldı

Baxış sayı: 440 dəfə baxılıb.

Bakıda minlərlə manatlıq oğurluq edən şəxs saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda 3 950 manat dəyərində üç ədəd velosiped oğurlayan
şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin
girişindən 3 950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link