Bakıda mobil məlumat təhlükəsizliyi forumu keçiriləcək

Bakıda mobil məlumat təhlükəsizliyi forumu keçiriləcək

Baxış sayı: 2. 835 dəfə baxılıb.

Azərbaycanda informasiya texnologiyaları sahəsində çoxillik təcrübəyə malik “ATL Tech” şirkətinin təşkilatçılığı və mobil təhlükələr üzrə dövlət və biznes qurumları üçün kibertəhlükəsizliyi təqdim edən dünyaca məşhur “Kaymera” şirkətinin iştirakı ilə “Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” mövzusunda forum baş tutacaq.

ÇıxışYolu.Com-ın məlumatına görə, forumda bu günümüz üçün çox aktual olan məlumat təhlükəsizliyi üzrə həllər, mobil tətbiqlərdən istifadə zamanı təhlükəsiz bağlantı və mobil tətbiqlərdən istifadə müzakirə ediləcək. 

Tədbirdə çıxışlar arasında təşkil olunan sual-cavab panelində rəqəmsal texnologiyalar sahəsində yerli bazara innovativ həllər və tətbiqlər təklif edən şirkətlərin nümayəndələri və mütəxəssislərlə birgə mövzu üzrə müzakirələr təşkil ediləcək.
 
“Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” Forumu, may ayının 30-da, “Four Season Hotel”də baş tutacaq. İştirakda maraqlı olan şirkət rəhbərləri və texniki rəhbərlər office@atl.azmail ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün əlaqə vasitələri:
E: office@atl.az
T: 012 012 210 00 99

www.ÇıxışYolu.Com