d5227eb5-327d-481c-8a75-592003e4be05..jpg

Bakıda motosikletlə toqquşan avtomobil binaya çırpılıb – FOTO

Baxış sayı: 932 dəfə baxılıb.

Bakıda motosikletlə toqquşan avtomobil binaya çırpılıb – FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Vaqif və Xan Şuşinski küçələrinin kəsişməsində
qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı avtomobilin sürücüsü Xan
Şuşinski küçəsi ilə hərəkətdə olan zaman Vaqif prospektindən çıxan motosikletlə
toqquşub. Nəticədə maşın yüksək sürətlə binaya çırpılıb.

Qəza zamanı hər 2 nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Source link