Bakıda MTK-nın vəzifəli şəxsinə cinayət işi açıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda mənzil-tikinti kooperativlərindən birinin (MTK) vəzifəli şəxsinin
təqsirləndirildiyi cinayət işi məhkəməyə göndərilib.
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, “Məqam” MTK-nın
vəzifəli şəxsi tərəfindən Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında
yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil
olmuş müraciət üzrə prokurorluqda araşdırma aparılıb.
Araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru
vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış
şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə
yalan məlumat verərək ümumi sahəsi 111,2 kvadratmetr olan yaşayış sahəsinin
38,07 kvadratmetr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə
vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1
(zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhvetmə) və
308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda)
maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə
Nərimanov Rayon Məhkəməsinə göndərilib.