f496508d-e057-43e5-9a23-6fa160550237..jpg

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Baxış sayı: 1. 002 dəfə baxılıb.

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən
8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil
olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər
sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link