c42b0ace-b408-4667-8fd3-673ca4d6900d..jpg

Bakıda Musiqi Forumu çərçivəsində iki panel təşkil edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 726 dəfə baxılıb.

Bakıda Musiqi Forumu çərçivəsində iki panel təşkil edilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk
dəfə keçirilən Musiqi Forumunun birinci günü başa çatıb.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə baş tutan forumda dövlət rəsmiləri, ölkənin tanınmış
musiqiçiləri iştirak edib.

Forumun ilk günündə açılış nitqləri ilə yanaşı “Azərbaycanda musiqi təhsili –
bəstəkarlıq və ifaçılıq məktəbləri” və “Ənənəvi musiqi janrları” adı altında
panel müzakirələri olub.

Müzakirələr zamanı panel mövzularına uyğun təklif və tövsiyələr irəli sürülüb.

Forum öz işinə sabah da davam edəcək və oktyabrın 31-də başa çatacaq.

Xatırladaq ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun
birgə təşkilatçılığı ilə Teatr, Kino və Azərbaycan dili və ədəbiyyatı forumları
da keçirilib.

11:46

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində
“Musiqi forumu” keçirilir.

“Report” xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
birgə təşkilatçılığı ilə baş tutub.

“Gülüstan” sarayında keçirilən festivalda, mədəniyyət nazir Adil Kərimli,
mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Source link