Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və
Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlərlə doqquz mağazadan
xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188
kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin
olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.