Bakıda narkotikə görə üç nəfər saxlanılıb – VİDEO
Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonunda narkotik
vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər
məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cəlilov, 1995-ci il təvəllüdlü
Bəxtiyar Eliyasov və 1966-cı il təvəllüdlü Samir Sultanov saxlanılıblar.
Onların üzərindən 2 kiloqrama yaxın narkotik vasitə heroin və psixotrop maddə
metamfetamin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, R.Cəlilov, B.Eliyasov və S.Sultanov
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr
vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən
narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işləri başlanılıb. Nəsimi rayonunda narkotiklərin qanunsuz
dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən
mübarizə tədbirləri davam etdirilir.