Bakıda 37 yaşlı kişi narkotik maddənin təsirindən ölüb.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Bakının Nizami rayonu, C.Naxçıvanski küçəsi 53 ünvanında baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Oqtay Rəhim oğlu Abdullayev narkotik maddə qəbul edib. Narkotik maddənin dozası artıq olduğundan o, dünyasını dəyişib.
Onun daha əvvəl narkotik maddə istifadəsindən məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli